Ağdamda tikilən stadiona "Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanovun adı verilsin.
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fazil Mustafa səsləndirib. Millət vəkili "Qarabağ" futbol klubunun dünənki qələbəsində Qurban Qurbanovun böyük xidmətlərinin olduğunu deyərək Ağdam stadionuna onun adının verilməsini məqsəduyğun sayıb. Millət vəkili digər ölkələrdə belə bir təcrübənin olduğunu deyib:
"Məsələn, Türkiyədə Fatih Terim, Şenol Günəş adına stadionlar var. Bizdə niyə olmasın?. Adam o boyda uğura imza atıb. Gedib dünya çempionu olası deyil ki?".
Süleyman