Ermənistan Azərbaycana qarşı cəbhə yaratmaq üçün zaman-zaman antiAzərbaycan mövqeyində 0lan bütün tərəflərlə müttəfiqlik əlaqələri yaradır. İrəvan bu sırada Tehranla da anlaşıb.
Newscenter.az-ın xəbərinıə görə, politoloq Məhəmməd Əsədullazadə deyib ki, İran Ermənistanla Təhlükəsizlik pakti imzalamaq istəyi Azərbaycana qarşı yönəlib.. Onun sözlərinə görə. İran Ermənistanla Azərbaycana qarşı Təhlükəsizlik pakti imzalamaq üçün intensiv danışıqlar aparır:
"Tehran rejimi bununla Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanmasının qarşısıni almağı düşünür. Həmçinin Qərbin Ermənistanda fəallaşmasını önləməkdi. Amma, rəsmi Yerevan Tehranın bu siyasi çağırışlarina Fransa ilə hərbi əməkdaşlıq müqaviləsi bağlamaqla cavab verib.
Fransanın müdafiə nazirinin Ermənistana səfəri Tehranda kifayət qədər narazılığa gətirib çıxarıb. Tehran regionda Azərbaycanın yaratdığı yeni nizamı qəbul etməməklə, ənənəvi Qərb düşmənləri ilə dost adlandirdigi Ermənistanda eyni sərhəddə mübarizə aparacaq. Üç ildir Azərbaycani regiona kənar gücləri gətirməkdə ittiham edən, amma yerini göstərə bilməyən Tehran rejimi sərhəddə Fransa hərbi təlimatçılari ilə üz-üzə qalıb".
O deyib ki, regionda situasiya mürəkkəb olaraq qalır və Ermənistanın apardığı siyasət yeni regional böhrana gətirib çıxara bilər.
Süleyman