"Azərbaycanda bələdiyyələrin yaranmasının 25 illiyi ölkədə bir sıra silsilə tədbirlərin keçirilməsi ilə yadda qalaacaq".
Newscenter.az xəbər verir ki, bu fikirləri ədliyyə nazirinin müavini Vilayət Zahirov səsləndirib. Bildirib ki, bununla bağlı xüsusi tədbirlər plnaı hazırlanıb:
"Tədbirlər planına əsasən bələdiyyələrin 25 illiyi həm paytaxt, həm də bölgələrdə qeyd olunacaq".
Nazir müavini əmin olduğunu bildirib ki, Azərbaycanda bələdiyyə sistemi qarşıdakı illərdə də inkişaf edəcək və üzərinə düşən vəzifələri hər zamankı kimi uğurla həyata keçirəcək.
Süleyman