Türkiyənin Bursa şəhərində zəlzələ baş verib.
Newscenter.az Türkiyənin Fövqəladə Vəziyyətlərin İdarəedilməsi Agentliyinə istinadən bildirir ki, yeraltı təkanlar 4,1 bal gücündə qeydə alınıb.
Məlumata görə, zəlzələnın episentri Bursanın Gemlik qəsəbəsində olub. Yerin 10,86 kilometr dərinliyində baş verən zəlzələ Yalovada da hiss edilib.
Qeyd edək ki, bu gün səhər isə Ərzurum vilayətində 2,3 bal gücündə zəlzələ olub.
Mehman Mehdiyev