"Bu gün icra hakimiyyətlərinin səlahiyyətlərinin böyük əksəriyyətti onların əlindən alınıb. İndi icra hakimiyyəti başçıları ancaq vətəndaş qəbul edib yola salmaqla məşğuldurlar".
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fazil Mustafa səsləndirib. Millət vəkili deyib ki, belə bir vəziyyətdə bələdiyyələrin daha çevik fəaliyyəti, onların səlahiyyətlərinin artırılması zərurətə çevrilir:
"Bələdiyyələrin fəaliyyətinin inkişaf etdirilməsi zəruridir. Bələdiyyələr ayrı-ayrı ölkələrdə turizmin inkişafında, yol çəkilişi, infrastruktur layihələrində aktiv rol oynayırlar. Bələdiyyələr var ki, özünün futbol klubu, idman tezisləri var. Bu da öz növbəsində onların idmanın inkişafında rolunu artırmış olur. Hesab edirəm ki, bizim bələdiyyələr də bu istiqamətlərdə fəaliyyət göstərə bilərlər".
Süleyman