Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Daha bir məktəbdə rəzalət, şagirdlər dərsdə porno izləyiblər

Daha bir məktəbdə rəzalət, şagirdlər dərsdə porno izləyiblər


Qazaxıstanın Karaqanda vilayətindəki məktəblərin birində biabırçı hadisə baş verib.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, şagirdlər məktəbdə pornoya baxıblar.

Belə ki, Karaqanda vilayətinin prokurorluğu şagirdlərin məktəbdə neqativ saytlara sərbəst daxil olduqlarını müəyyən edib. Bütün saytlara daxil olan tələbələr müxtəlif xarakterli dağıdıcı məlumatlar əldə ediblər.

Eyni zamanda Şahtinsk şəhərinin şagirdləri pornoqrafik məlumatları və narkotik vasitələrin satıldığı yerləri axtarmaq üçün brauzerlərdən sərbəst istifadə ediblər.

Ümumiyyətlə, vilayətin bütün məktəblərində qanun pozuntuları aşkar edilib. Prokurorluq təqsirli şəxslər məsuliyyətə cəlb edilib, şagirdlərin neqativ saytlara girişinin məhdudlaşdırılması istiqamətində işlər aparılıb.

Mehman Mehdiyev
Xəbəri paylaş