Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputatlar Fikrət Məmmədovun Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsini dəstəkləyiblər

Deputatlar Fikrət Məmmədovun Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsini dəstəkləyiblər


Milli Məclisin bu gün keçirilən plenar iclasında Fikrət Fərrux oğlu Məmmədovun Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi haqqında məsələ müzakirəyə çıxarılıb.

Newscenter.az xəbər verir ki, millət vəkilləri səsvermə yolu ilə Fikrət Fərrux oğlu Məmmədovun Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsini dəstəklədiklərini ifadə ediblər.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Fikrət Fərrux oğlu Məmmədovun Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinə təqdimat verib. Dövlət başçısı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu bəndinə uyğun olaraq belə bir təqdimatla çıxış etmişdi.

Süleyman
Xəbəri paylaş