*Fransa Ermənistanı silahlandırmaqla ancaq öz planlarını həyata keçirmək üçün şərait hazırlayır. Ermənistan nə qədər silahlansa da Azərbaycanla bu silahlanma yarışında paritet yarada bilməyəcəyini yaxşı başa düşür".
Bu fikirləri Newscenter.az-a politoloq Azər Qasımov Fransanın yenidən Ermənistana hərbi yardım ayırmasını şərh edərkən səsləndirib. Bu silahlanmanın mümkün müharibəyə gətirib çıxara bilmə ehtimalına gəlincə, Azər Qasımov deyib ki, nnövbəti müharibə sadəcə intihar olacaq:
"Əslində Fransa Ermənistanı silahlandırmaqla onu Azərbaycanın tələbləri qarşısında dayanıqlı duruma gətirmək istəyir ki, özü də regionda söz sahibi ola bilsin. Eyni zamanda beynəlxalq dəhlizlərin keçdiyi regiondan öz maraqlarına uyğun istifadə edə bilsin. Hesab etmirəm ki, onlar müharibə istəyirlər. Bu canfəşanlıq əslində müharibənin qarşısını almaq üçündür. Qərbin ritorikasından da görünür onlar Azərbaycandan müharibə addımı, yəni Qərbi Zəngəzurun Ermənistanın əlindən almasını gözləyirlər. Ona görə də tez-tez bu barədə bəyanatlar verirlər. Azərbaycan isə belə bir fikrinin olmadığını dəfələrlə açıqlayıb. Amma Qərb buna inanmır".
Azər Qasımovun sözlərinə görə, tərəflərin hamısı Azərbaycan da daxil yaxşı başa düşür ki, Qərbi Zəngəzura müdaxilə beynəlxalq aləmdə işğal kimi qəbul ediləcək. Azərbaycan üçün ciddi təzyiqlər olacaq:
"Amma bununla belə eyni ritorika onu deməyə əsas verir ki, həmin güclər də regionun vacibliyinin bütün şərtləri arxa plana keçirdiyini hesab edirlər".
Politoloq onu da qeyd edib ki, Qərbi Zəngəzura Azərbaycanın daxil olması üçün səbəblər və haqlı bəhanələr tapmaq olar:
"İlk növbədə Ermənistanın işğalçı tarixini nəzərə alıb onun silahlanmasını əldə rəhbər tutaraq bunu etmək olar.
Bu baxımdan hesab edirəm ki, Ermənistan tərəfi də müharibə istəmir, amma onu buna təhrik edən güclər ola bilər. Paşinyanın sülh üçün canfəşanlıq etməsi də bunu göstərir. Onlar sülhün imzalanmamasında Azərbaycanda genah axtarırlar. Gedən proseslər də buna görədir, onların fikrincə. Bir ehtimal kimi hansısa qısamüddətli ciddi qarşıdurma ola bilər. Bu, Ermənistanı məcburi sülhə gətirmək üçün olacaq".
Süleyman