Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gün ərzində təcili yardımlara minlərlə yalançı çağırış edilir

Gün ərzində təcili yardımlara minlərlə yalançı çağırış edilir


"Təəssüflər olsun ki, bir sıra hallarda vətəndaşlar tərəfindən təcili tibbi yardım xidmətlərinə yalançı çağırışlar edilir. Bu isə öz növbəsində bu xidmətdə gecikmələrə səbəb olur. Yalançı çağırışlar səbəbindən həqiqətən tibbi təcili tibbi yardıma ehtiyacı olanlar da vaxtında tibbi xidmətdən yararlana bilmirlər".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı səsləndirib. Millət vəkili bildirib ki, müvafiq səhiyyə qurumları da bundan gileylidirlər və bu kimi hallardan narahatçılıq keçirirlər.

Məlahət İbrahimqızı deyib ki, təkcə paytaxtda gün ərzində 3 minə yaxın çağırış olur ki, bunun da mindən çoxu yalançı çağırışlardır:

"Ona görə də təklif edirəm ki, bu kimi hallara, yalançı çağırışlara görə müəyyən edilmiş cərimələrin miqdarı artırılsın".

Süleyman
Xəbəri paylaş