Prezident İlham Əliyev “İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” 29 noyabr 2017-ci il tarixli fərmanında dəyişiklik edib.
Newscenter.az xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.
Fərmana əsasən, bundan sonra dövriyyə vəsaitlərinin maliyyələşdirilməsi məqsədilə alınmış kreditlərin müddəti 2 ildən artıq olan kreditlərlə yanaşı, işğaldan azad edilmiş ərazilərində yaşayış sahələrinin tikintisi məqsədilə dövriyyə vəsaitlərinin maliyyələşdirilməsi üçün alınmış kreditlərə də zəmanət verilməyəcək.
Eyni zamanda, bundan sonra faiz subsidiyası kreditin illik faiz dərəcəsinin 8 faiz bəndi miqdarında, investisiya təşviqi sənədi almış və ya cari ildə ixrac təşviqi ödənilmiş sahibkara investisiyanın həyata keçirildiyi müvafiq iqtisadi fəaliyyət sahəsi üzrə ayrılan kreditlər üçün isə illik faiz dərəcəsinin 10 faiz bəndi miqdarında, amma işğaldan azad edilmiş ərazilərdə yaşayış sahələrinin tikintisi fəaliyyəti ilə məşğul olan sahibkara veriləcək.
Sevinc Mehdiyeva