Qazaxıstanın 2023-cü il üçün idxal-xrac durumu açıqlanıb.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, keçən il ixracat idxalı üstələyib. Belə ki, 2023-cü ildə Qazaxıstandan ixrac olunan məhsulların miqdarı 78,6 milyard dollar, idxal edilən mal və məhsulların miqdarı isə 61,1 milyard dollar təşkil edib.
Ölkənin ümumilikdə xarici ticarət dövriyyəsi isə 2023-cü ildə 139,8 milyard dollar olub.
Qazaxıstanın Milli Statistika Bürosunun yaydığı məlumatda bildirilir ki, bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz çoxdur.
İxracatda ilk 3 yeri İtaliya, Çin və Rusiya bölüşdürdüyü halda, idxalda isə bu sıralamada ilk yerləri Çin, Rusiya və Almaniya tutub.
Mehman Mehdiyev