Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Almatıda növbəti zəlzələ oldu

Almatıda növbəti zəlzələ oldu


Qazaxıstanın Almatı şəhərində zəlzələ baş verib.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, zəlzələnin episentri Almatıdan 259 km cənub-şərqdə, Çin ərazisində qeydə alınıb.

Yeraltı təkanlar Almatıda 2 bal gücündə hiss olunub. Xəsarət alan və dağılan binalar barədə məlumat yoxdur.

Xatırladaq ki, yanvarın 23-nə keçən gecə Almatıda 5 bal gücündə zəlzələ baş verib. Çin və Qırğızıstan sərhədində baş verən zəlzələ Qazaxıstanın cənub metropolisində və digər şəhərlərdə təşvişə səbəb olub.

Mehman Mehdiyev
Xəbəri paylaş