Türkiyədə növbəti dəfə məktəblilər arasında kütləvi zəhərlənmə hadisəsi baş verib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə Adıyaman vilayətində qeydə alınlb. Məlumata görə, Cahit Zərifoğlu İbtidai və Orta Məktəbində şagirdlər evdən gətirilən tortu yedikdən sonra halları pisləşib və 8 şagird bir müddət sonra ürək bulanması və başgicəllənmə şikayətləri ilə məktəb rəhbərliyinə müraciət edib.
Çağırış əsasında məktəbə gələn 112 Təcili Xidmət qrupları qida zəhərlənməsi şübhəsi ilə 8 şagirdi Adıyaman Təhsil və Araşdırma Xəstəxanasına aparıb.
Şagirdlərin vəziyyətinin kafi olduğu bildirilir.
Mehman Mehdiyev