Azərbaycan-Türkiyə-Özbəkistan İş Adamları Birliyinin (ATUİAB) həmtəsisçisi və direktoru Ruslan İmanzadə Azərbaycana səfəri çərçivəsində Bakıda türkiyəli iş adamları ilə də görüşüb.
Newscenter.az-a bu barədə məlumatı ATUİAB rəhbəri özü verib. Bildirib ki, səfərin sonuncu günü Konya İxracatçılar Birliyinin prezidenti Mustafa Topbaş və İstanbul nümayəndəsi Kənan Arslantaş ATUIAB-ın Azərbaycan nümayəndəliyində olublar.
Görüşdə Türkiyə, Azərbaycan və Özbəkistan arasında işgüzar əlaqələr, ATUIAB-ın iqtisadi partnyorluğun artırılmasında rolu və bu ilin mart ayında Özbəkistanda keçirilməsi gözlənilən ixrac forumu müzakirə edilib.
Süleyman