Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xocalı faciəsinin canlı şahidi: “Meşədə meyitlərdən yol tapıb yerimək olmurdu”

Xocalı faciəsinin canlı şahidi: “Meşədə meyitlərdən yol tapıb yerimək olmurdu”


“1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə bəşər tarixinin ən dəhşətli faciəsi – Xocalı soyqırımı baş verdi. Bu faciə insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdiən biri idi”.

Newscenter.az xəbər verir ki, bu fikirləri 32 il əvvəl ermənilərin Xocalıda həyata keçirdikləri insanlıq əleyhinə cinayətin canlı şahidi Aynur Abışova həmin ağır günləri xatırlayarkən səsləndirib. Ermənilərin əli yalın, günahsız insanları qətlə yetirdiklərini deyən Aynur Abışova diqqətə çatdırıb ki, həmin qanlı faciənin şahidlərindən biri onun özü və ailə üzvləri olub:

“Anam, mən və 2 bacım ayaqyalın, başıaçıq meşələrdə 2 gün yol gəldik. Anam bizi çox çətinliklə gətirib çıxara bildi. Böyük bacım tamamilə donmuşdu. Anam ona nəfəs verərək gətirirdi. Meşədə meyitlərdən yol tapıb yerimək olmurdu”.

Aynur Abışova deyib ki, hər il 26 fevral tarixi yaxınlaşanda faciəni həmin gün kimi xatırlayıb yaşayırlar:

“Artıq biz xocalılar 26 fevralı fərqli formada yad edirik, çünki artıq Xocalımız düşmən tapdağından azad edilib. Müzəffər Ordumuzun rəşadəti və Ali Baş Komandanımızın apardığı düzgün siyasət nəticəsində torpağımız düşmən tapdağından azad olundu və şəhidlərimizin qanı yerdə qalmadı. Xocalı artıq şəhid şəhəri deyil, qəhrəmanlar şəhəridir”.

Aynur Abışova daha sonra bunları qeyd edib:

“2024-cü il fevralın 7-də keçirilən prezident seçkiləri bir daha onu sübut etdi ki, xalq öz liderinə inanır və seçkilərdə də öz prezidentini seçdi. Bu gün biz cənab Prezident İlham Əliyevin memarı olduğu suveren ərazilərini qətiyyətlə bərpa edən güclü Azərbaycan dövlətinin qalib vətəndaşlarıyıq.

Azərbaycanımızın ərazi bütövlüyü uğrunda canlarını fəda verən bütün şəhidlərimizə ulu tanrıdan rəhmət, qazilərimizə can sağlığı diləyirik”.

Süleyman
Xəbəri paylaş