Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xocalıda tapılan kütləvi məzarlıq ermənilərin xalqımıza qarşı törətdiyi vəhşiliklərin bir hissəsidir

Xocalıda tapılan kütləvi məzarlıq ermənilərin xalqımıza qarşı törətdiyi vəhşiliklərin bir hissəsidir


Xəbər verdiyimiz kimi Xocalı rayonu ərazisində kütləvi məzarlıq aşkar edilib.

Newscenter.az-ın xəbərinə görə, məsələ ilə bağlı fikirlərini bildirən millət vəkili İqbal Məmmədov deyib ki, Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı faciəsidir:

"Xalqımızın qəlbində sağalmaz izlər qoyan Xocalı soyqırımı heç zaman milli yaddaşımızdan silinməyəcək. Tarix boyu ermənilər xalqımıza qarşı müxtəlif cinayətlər və soyqırımlar törədiblər. Ermənilər bizə qarşı olan nifrət hisslərini hər zaman etiraf ediblər. Xocalı soyqırımını bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Misli görünməmiş bu qətliam erməni faşizminin iç üzünü bütün dünyaya nümayiş etdirir. 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələrinin keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalıya hücümu zamanı şəhər bir gecədə yerlə-yeksan edildi, dinc sakinləri qətliama məruz qaldı. 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər xüsusi qəddarlıqla qətlə yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlumdur. Xocalı soyqırımı kütləvi insan qırğınına görə Holokost, Oradur, Lidisa, Xatın və Sonqmi, Srebrenitsa kimi tarixin dəhşətli faciələri ilə bir sırada dayanır. Azərbaycan xalqı Xocalı soyqırımını heç vaxt unutmayacaq və unutdurmayacaq. Bu vəhşiliyi törətmiş cinayətkarlar həm Azərbaycan xalqı, həm də bəşəriyyət qarşısında cavab verəcək".

Deputat vurğulayıb ki, bu gün Xocalı rayonu ərazisində tapılan kütləvi məzarlıq, əl-ayaqları bağlı uşaq və qadınlara aid qalıqlar ermənilərin xalqımıza qarşı törətdiyi vəhşiliklərin bir hissəsidir:

"44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın mərd oğulları tək ərazi bütövlüyümüzü bərpa etmədi, həm də Xocalı faciəsi qurbanları daxil olmaqla bütün şəhidlərimizin qisasını aldı. Xocalı soyqırımının dünyada tanınmasında cənab prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın müstəsna xidmətləri olub. Həmçinin Xocalı soyqırımının bütün dünyada tanınmasında Heydər Əliyev Fondunun Vitse-prezidenti Leyla xanım Əliyevanın "Xocalıya ədalət" kampaniyasının mühüm rolu var. 2008-ci ildən başlanılan bu beynəlxalq kampaniyanın əhəmiyyəti böyükdür. "Xocalıya ədalət" beynəlxalq kampaniya çərçivəsində bu soyqırımla bağlı beynəlxalq səviyyədə məqsədyönlü təbliğat tədbirləri həyata keçirilir, Bu gün qarşıya qoyduğumuz hədəflərdən biri də 30 il əvvəl Xocalıda baş verən cinayətin bütün dünyada soyqırım kimi tanıdılmasıdır. Düşünürəm ki, istiqamətində fəaliyyətimizi davam etdirməliyik. Hazırda "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində Xocalı soyqırımının tanıdılması və bu faciəni törədənlərin hüquqi müstəvidə cinayət məsuliyyətinə cəlb edilməsi olduqca vacibdir. Hesab edirəm ki, beynəlxalq ictimaiyyət bu faciəyə biganə qalmamalı, bu dəhşətli faciəni törədənlərin hər biri layiq olduğu cəzanı almalıdır".(sonxeber.az)
Xəbəri paylaş