"Yelisey sarayındaskılar Ermənistanı Suriyaya çevirmək istəyirlər".
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Sahib Alıyev səsləndirib. Millət vəkili bildirib ki, Münxendə Azzərbaycan və Ermənistan liderlərinin görüşündən dərhal sonra Ermənistanın baş naziri Nikol Paşinyanın Parisə dəvət edilməsi, bunun ardınca Fransanın müdafiə nazirinin Ermənistana gəlməsi deyilənlərin təsdiqidir.
Sahib Alıyev deyib ki, Fransa prezidenti Emmanuel Makron Münxendə Azərbaycan və Ermənistan liderlərinin vasitəçi olmadan görüşməsini qapısına vurulmuş qol hesab edir və buna görə də regionu yenidən qarışdırmaq istəyir.
Millət vəkili onu da qeyd edib ki, Ermənistanın KTMT-də fəaliyyətinin dondurulması tapşırığını da İrəvana Fransa prezidenti Makron verib.
Süleyman