Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan, Qırğızıstan və Türkiyə arasında media münasibətlərinin perspektivləri müzakirə olunub

Azərbaycan, Qırğızıstan və Türkiyə arasında media münasibətlərinin perspektivləri müzakirə olunub


Azərbaycan Mətbuat Şurası ilə Türk İnternet Media Birliyi İdarə heyətlərinin üzvü, "Yeni Çağ" Media Qrupunun baş direktoru Aqil Ələsgər Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində işgüzar səfərdə olub.

Newscenter.az xəbər verir ki, Aqil Ələsgər Qırğız Respublikasının dövlət televiziyaları ELTR TV-nin baş direktoru Erlan Dordurbekov, UKTR telekanalının Xəbərlər departamentinin müdiri Çolpon Şaikova, "Manas" TV-nin direktoru Bülənt Namal, "Manas Radio"nun direktoru Ərdoğan Altun, uzun illər Qırğız Dövlət Xəbər Agentliyinə rəhbərlik etmiş, hazırda "CentralAsianLight" saytının baş redaktoru olan Kuban Abdıman və qardaş ölkənin məşhur telejurnalisti, eyni zamanda, buradakı “Azərbaycanın Dostları” Klubunun prezidenti Assol Moldokmatova ilə görüşüb.

Görüşlərdə Azərbaycan, Qırğızıstan və Türkiyə arasında qarşılıqlı və üçtərəfli media münasibətlərinin perspektivləri müzakirə olunub.

Süleyman
Xəbəri paylaş