1995-ci il təvəllüdlü həmvətənimiz Sadıqov Orxan Mehman oğlu Zaporojskaya vilayətinin Tokmak rayonunda Rusiya tərəfdən döyüşərkən qəhrəmancasına həlak olub.
Orxan Sadıqov döyüşlərdə mərdlik göstərib, qəhrəmancasına vuruşub.
Leninqrad Vilayəti Milli Mədəni Muxtariyyətinin sədri Nayib Paşayev həmyerlimizin ailəsinin yanındadır.
Newscenter.az-a adıçəkilən qurumdan bildirilib ki, 26.02.2024-cü il tarixdə Krım vilayətinin Feodosiya şəhərində şəhidlər xiyabanında təntənəli dəfn mərasimi olacaq.
Sankt-Peterburq və Leninqrad vilayətində olan diasporamız adından Orxan Sadıqovun ailəsinə və yaxınlarına başsağlığı veririk.
"Xan qızı Natəvan" Dünya Azərbaycanlıları İctimai Birliyinin rəhbəri Könül Abbasova mərhumun atası Mehman müəllimlə danışaraq İctimai Birliyin xanımları adından, Sankt-Peterburqda, Leninqrad vilayətində yaşayan xanımlar adından başsağlığı verib . Ata isə: "Mən oğlumu tək böyütdüm, siz onun anası olun", - deyib.
Sankt-Peterburq və Leninqrad vilayətində olan diasporamız Orxan Sadıqovun ailəsinə və yaxınlarına başsağlığı verir.
Allah rəhmət eləsin!.
Süleyman