Xocalı faciəsinin 32-ci ildönümü münasibətilə respublikanın ümumtəhsil müəssisələrində də anım tədbirləri, dəyirmi masa və konfranslar təşkil edilib.
Newscenter.az-ın məlumatına görə, Bakının Nərimanov rayonu 93 saylı tam orta məktəbində də faciə qurbanları anılıb. Təhsil ocağının müəllim və şagird heyətinin də iştirakı ilə fevralın 26-da məktəbdə Xocalı soyqırımı ilə əlaqəli toplantı və dərslər keçirilib. Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Anım tədbirlərində şagirdlərə mənfur erməni terrorizminin törətdiyi soyqırımın, terrorun, faciənin,zorakılığın və qəddarlığın nə olduğu izah olunub.
Tədbirlərdə qeyd edilib ki, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər, torpaqlarımızın işğaldan azad edilməsi, Ali Baş Komandan, Müzəffər Ordumuz Şəhid və Qazilərimizin sayəsində Üçrəngli bayrağımızın Qarabağda dalğalandırılması bizim Dəmir yumruq kimi möhkəm, güclü və Vətənpərvər bir dövlətimizin olduğunu dünyaya sübut etdi.
Süleyman