"Avrasiya İqtisadi İttifaqı daxilində bir sıra problemlərimiz var. Onları həll etməliyik".
Newscenter.az "Sputnik Belarus"a istinadən biildirir ki, bu fikirləri Belarus prezidenti Aleksandr Lukaşenko Avrasiya İqtisadi Komissiyasının İdarə Heyətinin sədri Bakıtjan Saqintayevlə görüşündə deyib. Belarus lideri Saqintayevə bildirib ki, onun quruma rəhbərliyi dövründə həmin problemlər həll edilməlidir:
"Biz müxtəlif maneələri aradan qaldırmalıyıq. Təəssüf ki, belə maneələr hələ də mövcuddur".
Lukaşenkonun sözlərinə görə, ittifaqa üzv ölkələr xüsusilə enerji məsələlərində razılığa gəlməlidirlər:
"Ən əsası isə odur ki, hər kəs bərabər imkanlara malik olmalıdır".
Anar Əliyev