Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropa nüvə müharibəsi riskini artırır

Avropa nüvə müharibəsi riskini artırır



“Bir sıra NATO və Aİ ölkələrinin Ukraynaya canlı qüvvə, hərbiçi göndərmək istəyi nüvə müharibəsi riskini artırır. Daha dəqiq desək Avropa bu düşünülməmiş gedişlə Rusiyanı nüvə silahından istifadə etməyə təhrik edir”.

Newscenter.az xəbər verir ki, bu fikirlər “Xəbər Mərkəzi” Analitik Qrupun açıqlamasında yer alıb. Analitik Qrup hesab edir ki, bəzi Avropa liderlərinin düşünülməmiş addımları Rusiyanı Ukraynaya qarşı daha sərt və daha öldürücü zərbələr endirməyə sürükləyəcək:

“Bu həm də istər-istəməz üçüncü dünya müharibəsi olacaq. Təəssüflər olsun ki, Avropa bilərəkdən buna zəmin yaradır”.

Qeyd edək ki, Slovakiyanın baş naziri Robert Fizo Avropa liderlərinin Paris görüşündən əvvəl bəyan edib ki, bir sıra NATO və Aİ ölkələrinin Ukraynaya qoşun göndərmək istəyirlər.

Mehman Mehdiyev
Xəbəri paylaş