Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüş yeri məlum olub

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüş yeri məlum olub


Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan Almaniyanın paytaxtı Berlində görüşəcəklər.

Newscenter.az bildirir ki, “Report”un TASS-a istinadən verdiyi xəbərə əsasən, bunu Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan bildirib.

Onun sözlərinə görə, görüş fevralın 28-29-da baş tutacaq.

“Görüş haqqında razılaşma Münxendə üçtərəfli görüş zamanı əldə edilib”, - o deyib.
Xəbəri paylaş