"Bizə vahid qaz və neft bazarları lazımdır. Biz ümumi bazar yaratmalıyıq. Bundan qaça bilmərik".
Newscenter.az "Sputnik Belarus"a istinadən bildirir ki, bu fikirləri Belarus prezidenti Aleksandr Lukaşenko Avrasiya İqtisadi Komissiyasının İdarə Heyətinin sədri Bakıtjan Saqintayevlə görüşündə deyib. O bildirib ki, ətrafımızdakı vəziyyəti Avrasiya İqtisadi İttifaqı çərçivəsində sıx əlaqələri qaçılmaz edir.
Lukaşenkonun sözlərinə görə, Belarus və Rusiya Avrasiya İqtisadi İttifaqı ölkələrinin İttifaq dövlətindən daha çox təcrübə qazanmasında maraqlıdır.
Qeyd edək ki, Bakıtjan Saqintaev Avrasiya İqtisadi Komissiyasının İdarə Heyətinin sədri vəzifəsinə fevralın 1-dən başlayıb. Buna qədər qeyd edilən vəzifədə Belarus təmsilçisi Mixail Myasnikoviç olub.
Anar Əliyev