Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu gün Xocalı qurbanlarının, cəmi şəhidlərimizin ruhu şaddır

Bu gün Xocalı qurbanlarının, cəmi şəhidlərimizin ruhu şaddır


Prezident İlham Əliyev: “Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir”

613 nəfər dinc insanın, o cümlədən 106 qadın,63 uşağın qətlə yetirildiyi, 1275 sakinin girov götürüldüyü, 487 nəfərin şikəst edildiyi, 150 nəfərin itkin düşdüyü Xocalı qətliamından 32 il ötür. Bu illər ərzində Azərbaycan dövləti, xalqı, Heydər Əliyev fondu, erməni daşnak millətçilərinin ifşası, soyqırımın beynəlxalq ictimaiyyət tərəfindən tanınması istiqamətində məqsədyönlü təbliğat aparmışdır.

Xocalı soyqırımı, on yeddi ölkənin parlamentlərinin, ABŞ-nın otuz ştatının qəbul etdikləri qanunvericilik aktlarında əksini tapmışdır.

Bu gün Xocalı qurbanlarının, cəmi şəhidlərimizin ruhu şaddır. Xocalı və işğal altında olan bütün torpaqlar erməni separatçılarından tamamilə təmizlənib. Ancaq, düşmən acı məğlubiyyətdən nəticə çıxarmaq istəmir. İnformasiya müharibəsinin coğrafiyasını daha da genişləndirməkdə israrlı görünür. Yüz il əvvəl Anadoluda özlərinin törətdikləri cinayətləri soyqırımı kimi qələmə verir, qardaş Türkiyəni günahlandırırlar. Bizim əsas vəzifəmiz, qətliamın təfərrüatlarının gələcək nəsillərə olduğu kimi ötürmək, beynəlxalq miqyasda tanınmasına nail olmaqdır.

Allah cəmi şəhidlərə rəhmət eləsin.

Nəsib Məhəməliyev, Milli Məclisin deputatı
Xəbəri paylaş