Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dünya bütün proseslərə xristian təssübkeşliyindən yanaşır

Dünya bütün proseslərə xristian təssübkeşliyindən yanaşır


“Təəssüflər olsun ki, hələ də sivil dünya ermənilərin 32 il əvvəl Xocalıda törətdikləri soyqırıma hüquqi qiymət vermir, bu soyqırımı tanımaqda maraqlı görünmür, eyni zamanda onu həyata keçirənləri beynəlxalq ədalət qarşısına çıxarmır”.

Bu fikirləri Newscenter.az-a politoloq Elvin Babayev səsləndirib. O təəssüf hissi ilə bildirib ki, günümüzdə dünya bütün proseslərə xristian təssübkeşliyindən yanaşır, ikili standart sərgiləyir:

“Tarixdə olmayan bir hadisəni soyqırım kimi tanıyır, Türkiyəni bunda ittiham edir. Ancaq cəmi 32 il əvvəl baş verən soyqırımı görməzdən gəlir. Budurmu ədalət?”.

Elvin Babayev, “Ancaq bir təsəllimiz var ki, nəhayətində Xocalı şəhidlərimizin ruhu şaddır. Çünki artıq Xocalı azaddır və Xocalıda da Azərbaycan bayrağı dalğalanır”,-deyə vurğulayıb.

Anar Əliyev
Xəbəri paylaş