"Azərbaycan Prezidenti Cənab İlham Əliyev andiçmə mərasimində çıxışı zamanı biz gənclərin qarşısında yeni vəzifələr qoymuş oldu. Biz də gənc olaraq dövlət başçısının həmin tövsiyələrinə əməl etməliyik".
Bu fikirləri Newscenter.az-a ictimai-siyasi fəal Anar Salehoğlu səsləndirib. O bildirib ki, gənclərimiz bundan sonra daha vətənpərvər olmalı, dövlətə, vətənə məhəbbət hissi ilə böyüməlidirlər:
"Hesab edirəm ki, bu sahəyə məsul olan qurumlar da indi əvvəlkindən daha məhsuldar çalışacaq, gənclərimizin daha vətənpərvər olması üçün əllərindən gələni əsirgəməyəcəklər".
Mehman Mehdiyev