Ermənistan bilməlidir ki, yeganə yol Azərbaycanın bütün şərtlərini qəbul etmək və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməkdir.
Newscenter.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Xocalı şəhərində Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə deyib.
“Ermənistan və onun havadarları hesab edirdilər ki, onları heç kim cəzalandırmayacaq. Onlar səhv etmişdilər, bu gün də səhv edirlər. Yeni yiyə axtarışında olan, onun-bunun qucağına sığınan Ermənistan bilməlidir ki, yeganə yol Azərbaycanın bütün şərtlərini qəbul etmək və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməkdir”, - dövlət başçısı bildirib.
Mehman Mehdiyev