Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İrəvanda bomba həyəcanı

İrəvanda bomba həyəcanı


Ermənistanın paytaxtı İrəvanda növbəti bomba həyəcanı yaşanıb.

Newscenter.az hraparak.am-a istinadən bildirir ki, hadisə Ermənistan Daxili İşlər Nazirliyinin Milli Polis İdarəsinin Operativ İdarəetmə Mərkəzinin Qulbenkian 30/3 ünvanında qeydə alınıb.

Belə ki, sözügedən binasının həyətinə bomba qoyulması və onun partlamaq ərəfəsində olduğu barədə məlumat verilib.

Hadisə yerinə Ermənistan daxili işlər nazirinin müavini, eləcə də İrəvanın polis rəisi Aram Ovanisyan gəlib. Milli Təhlükəsizlik Xidmətinin xüsusi qrupları hadisə yerində axtarış tədbirləri həyata keçirir.

Anar Əliyev
Xəbəri paylaş