Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Medvedev yeni vəzifə istəyir

Medvedev yeni vəzifə istəyir


Xarici KİV - lər yazır ki, Dmitri Medvedev Vladimir Putinə müraciət edərək ondan yeni vəzifə istəyib. İddialara görə keçmiş prezident hüquq sahəsində çalışmaq istəyir. Belə ki, o, Rusiya Konstitusiya Məhkəməsinin sədri olmaq niyyətini dilə gətirib. Lakin Putinin ona cavabı müsbət olmayıb.

Buna baxmayaraq Medvedev bu məsələdə israr edir. Hazırda Rusiya Təhlükəsizlik Şurasında sədr müavini ( qurumun sədri Putinin özüdür ) Medvedevin birdən - birə belə bir arzuya düşməsi həm Putin özündə, həm də Kremldəki digər məmurlardan şok effekti yaradıb. Ümumiyyətcə, Medvedev xarekter etibarı ilə çox qəribə adamdır. Qalmaqallı açıqlamalar, gözlənilməz həmlələri onu Kremlin ən gizlin simasına çevirib. Dmitri Medvedev hazırda yenidən Putinin varisi olmağa ən şanslı namizədlərdən biridir. Kremldə qalıb daha yüksək vəzifələrə can atmaq varkən Konstitusiya Məhkəməsinin sədri kimi qeyri - siyasi vəzifəyə getmək göstərir ki, keçmiş prezident ya yenidən prezident olmaq istəmir, ya da artıq bunun mümkün olmayacağını anlayıb.

Əgər Konstitusiya Məhkəməsinin sədri vəzifəsi prezidentliyə keçid üçün tramplindirsə ? Axı nə Rusiya Türkiyədə deyil, nə Putin Bülent Ecevit, nə də Medvedev Əhmed Nejdet Sezer. Bunun Rusiyada olacağına inanmıram. Putinin də bekar qalmış keçmiş sələf - xələfinin bu arzusunu reallaşdıracağına inamım gəlmir.

Zeynal Əmrəliyev-politoloq
Xəbəri paylaş