Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Milli Məclisdə ictimai dinləmə keçiriləcək

Milli Məclisdə ictimai dinləmə keçiriləcək


Fevralın 28-də Milli Məclisdə “Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar” mövzusunda ictimai dinləmə keçiriləcək.

Newscenter.az xəbər verir ki, parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin və Aqrar siyasət komitəsinin birgə təşkilatçılığı ilə keçiriləcək dinləmədə Milli Məclisin deputatları ilə yanaşı, müvafiq dövlət orqanlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, bu sahənin ekspertlərinin və digər aidiyyəti şəxslərin iştirakı gözlənilir.

Tədbir iştirakçıları mövzu ilə bağlı fikirlərini bölüşəcəklər, rəy və təkliflərini səsləndirəcəklər.

Süleyman
Xəbəri paylaş