“Cənab Prezidentin də qeyd etdiyi kimi üzərindən nəinki 30 il, heç 300 il də keçsə Xocalı yaramız unudulmayacaq, hər zaman bizi sızladacaq”.
Bu fikirləri Newscenter.az-a “Mili İnkişaf” İctimai Birliyinin sədri, politoloq Arzuman Muradlı Xocalı soyqırımının 32-ci ildönümündən danışarkən səsləndirib. 1992-ci il, fevralın 26-da əsrin faciəsi, fəlakətinin yaşandığını deyən Arzuman Muradlı həmin gecə erməni silahlılarının əli yalın, köməksiz vəziyyətdə qalan yüzlərlə azərbaycanlını qətlə yetirdiklərini, xalqımıza qarşı soyqırım törətdiklərini vurğulayıb. İctimai Birlik sədri təəssüf hissi ilə qeyd edib ki, aradan 32 il keçməsinə baxmayaraq dünya birliyi tam mənada bu faciəni soyqırım kimi tanımayıb:
“Baxmayaraq ki, müxtəlif səviyyələrdə, o cümlədən Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət” kampaniyası çərçivəsində bu istiqamətdə genişmiqyaslı tədbirlər həyata keçirilib, addımlar atılıb, lakin dünyada mövcud olan ikili standartlar və xristian təssübkeşliyi bu hadisənin tam mənada soyqırım kimi tanınmasına mane olur:
Arzuman Muradlı buna rəğmən bizlər Xocalı soyqırımı qurbanları, ümumən şəhidlərimizin qisasının alınmasından qürurluyuq və əminik ki, onların ruhları şaddır:
“Çünki Ali Baş Komandan Cənab İlham Əliyevin sayəsində bu gün Azərbaycan bayrağı Xocalı da daxil olmaqla ölkəmizin bütün hüdudlarında, hətta Xankəndi də belə dalğalanır”
Süleyman