Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Nüfuzlu iş xanımlarının təqdimatında yeni layihə – “İşgüzar Klub” fəaliyyətə başladı

Nüfuzlu iş xanımlarının təqdimatında yeni layihə – “İşgüzar Klub” fəaliyyətə başladı


Fevralın 23-də “Feyrmont” otelində “İşgüzar Klub”un (İK) təqdimat mərasimi keçirilib. Milli Məclisin deputatlarının, Dövlət qurumlarının nümayəndələrinin, iş adamlarının, mədəniyyət-incəsənət xadimlərinin və ictimaiyyət nümayəndələrinin qatıldığı tədbiri giriş sözü ilə açıq elan edən tanınmış teleaparıcı, əməkdar mədəniyyət işçisi Leyla Quliyeva klubun işgüzar xanımlar – “Vecon Centre” şirkətinin direktoru İradə Şükürovanın, “SOY production”ın rəhbəri, əməkdar artist Dilarə Əliyevanın və “ACA-DEMY” şirkətinin direktoru Samirə Quliyevanın təşəbbüsü və həmtəsisçiliyi ilə ərsəyə gəldiyini söyləyib.

Newscenter.az xəbər verir ki, qonaqları salamlayan “İşgüzar Klub”un (İK) həmtəsisçisi Samirə Quliyeva şirkətin fəaliyyət istiqamətləri barədə məlumat verib. O qeyd edib ki, iş adamları arasında faydalı və qarşılıqlı təmasların artırılmasına nail olmaq, özəl və dövlət sektoru üçün peşəkar mütəxəssislər yetişdirmək, kadr bankı yaratmaq və klubda toplaşan biznes subyektlərinin kadr inzibatçılığının formalaşdırılmasında yaxından iştirak etmək kimi nəcib məramlarla təsis olunan “İşgüzar Klub” (İK) fəaliyyətini müasir dövrün tələblərinə uyğun şəkildə həyata keçirəcək. Həmtəsisçi bildirib ki, aztəminatlı təbəqənin, şəhid və qazi ailələrinin, övladlarını təkbaşına böyüdən anaların və valideyn himayəsindən məhrum yeniyetmə və gənclərin məşğulluq probleminin həllinə nail olmağı hədəfləyən İK-in fəaliyyətinə aidiyyatı dövlət qurumları, eləcə də Dövlət Məşğulluq Agentliyi yüksək maraq göstərir.

Milli Məclisin deputatı Razi Nurullayev, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədrinin müavini Ülvi Abasquliyev, Agentliyin Peşə hazırlığı departamentinin direktoru, “Yüksəliş” müsabiqəsinin qalibi Mehriban Nəzərova, dünyaca məşhur “Best Model of the World” yarışmasının Azərbaycan üzrə təsisçisi, tanınmış iş xanımı Ruhiyyə Əliyeva (Ruhi), “Vecon Consultıng” şirkətinin təsisçisi və Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc, “İşgüzar Klub”un (İK) həmtəsisçiləri – əməkdar artist Dilarə Əliyeva və İradə Şükürova çıxış edərək klubun gələcək fəaliyyət aspektləri ətrafında təəsüratlarını bölüşüblər.

“Şuşa-Xor” qrupu, xalq artisti Mehriban Zəki, əməkdar artistlər Aqşin Abdullayev və Fərid Əliyev öz məlahətli ifalarıyla tədbirdə çıxış ediblər. Klubun üzvləri – “Vecon Cunsultıng”, “SOY production”, “AGA Group”, “Azərlegal Group”, “AKA-DEMY” “Liatris” şirkətləri, “Craton Clinic” tibb mərkəzi, “Başkent” və “Prayf” restoranları “İşgüzar Klub” (İK) tərəfindən sertifikatla təltif olunub. “İşgüzar Klub”un (İK) İdarə Heyətinin sədri İradə Şükürova tədbirdə iştirak edən bütün iştirakçıların adına “İşgüzar Klub” (İK) tərəfindən işğaldan azad edilmiş torpaqlarımızda ağac tinglərinin əkildiyini və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qeydiyyata alındığını diqqətə çatdırıb.

Tədbir şam yeməyi və musiqili-bədii hissə ilə davam etdirilib.
Xəbəri paylaş