Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistan BƏƏ-yə soğan ixrac edir

Özbəkistan BƏƏ-yə soğan ixrac edir


Özbəkistan Birləşmiş Ərəb Əmirliklərinə soğan ixrac etməyə başlayıb.

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, özbək soğanı ilkin olaraq Dubay bazarlarına çıxarılır. Özbəkistanda yetişdirilən soğanın artıq ilk partiyası Dubaya gəlib.

Məlumata görə, BƏƏ-yə ixrac edilən soğan əsasən Daşkənd və Buxara vilayətlərində yetişdirilir və fitosanitar sertifikat əsasında Dubaya göndərilir. İlk partiyada Özbəkistandan Dubaya 48 ton soğan göndərilib.

Daha 48 ton soğan isə fitosanitar sertifikat əsasında yaxın vaxtlarda BƏƏ-yə göndəriləcək.

Natiq Orucov
Xəbəri paylaş