Qırğızıstanın paytaxtı Bişkek şəhərində yüzlərlə sakin etiraz aksiyasına başlayıb.
Newscenter.az "Sputnik Qırğızıstan"a istinadən bildirir ki, Suyörkulov küçəsi 16/1 ünvanında yaşayan sakinlər evlərinin mübahisəli olduğunu bildirərək aksiya keçiriblər.
Məluata görə, iki tiknti şirkəti arasında yaranan problemdən yüzlərlə sakin mənzilsiz qalıb. Bişkek meriyası binanın ticarət mərkəzi üçün tikildiyini iddia etsə də, tikinti şirkəti onun yaşayış üçün inşa olunduğunu iddia edib.
Bişkek meriyası sakinlərdən martın 1-dək binanı tərk etməyi tələb edib. Sakinlər isə aksiyaya başlayaraq küçədə gecələyəcəklərini bildiriblər.
Mehman Mehdiyev