Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 70 illik yubileyi münasibətilə Qırğızıstan rəssamı orijinal hədiyyə hazırlayıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Qırğızıstan rəssamı 70 min mismar və məftillə prezident Ərdoğanın portretini hazırlayıb.
8 ildir filoqrafiya sənəti ilə məşğul olan 38 yaşlı Əzəmət Canəliyev Ərdoğanın portretini illər əvvəl hazırlamağa qərar verdiyini bildirib. Canəliyev, “Cənab Prezident Ərdoğanın portretini 7 ayda emalatxanamda 70 min qızıl mismar və məftil çəkərək hazırladım”,-deyə söyləyib.
Qeyd edək ki, portretin çəkisi 150 kiloqram, hündürlüyü 3,3, eni isə 1 metr 80 santimetrdir.
Sona