Sertifikatlaşdırma prosesi ilə bağlı müəllimlərə dəstək məqsədilə növbəti 3 rayon üzrə görüş keçirilib.
Newscenter.az[/b] xəbər verir ki, paytaxtdakı 20 nömrəli məktəb-liseydə keçirilən görüşdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Anar Məmmədov, İnsan resursları sektorunun müdiri Aygün Bayramova, Təlimə Dəstək Mərkəzinin psixoloqu Aysel Novruzova, Xəzər, Pirallahı və Sabunçu rayonları üzrə riyaziyyat, ingilis, rus, alman və fransız dili müəllimləri iştirak ediblər.
BŞTİ-nin müdir müavini Anar Məmmədov bildirib ki, sertifikatlaşdırma müəllimlərin davamlı inkişafına xidmət edir. Sertifikatlaşdırma nəticəsində müəllimlərin peşəkarlıq səviyyəsi yoxlanılarkən onların təlim ehtiyaclarının müəyyən edildiyini söyləyən müdir müavini sertifikatlaşdırmanın nəticələrinin təhsilverənlərin karyera inkişafında və əməyinin stimullaşdırılmasında nəzərə alındığını xatırladıb.
Görüşdə sertifikatlaşdırma prosesi ilə bağlı fikir mübadiləsi aparılıb, imtahanın təşkili qaydaları barədə məlumat verilib.
Sonda müəllimləri maraqlandıran suallar cavablandırılıb.
[b]R.Mehdiyeva