Xocalı soyqırımının 32-ci ildönümü münasibətilə paytaxt və respublikamızın ayrı-ayrı bölgələrində müxtəlif tədbirlər keçirilib.
Newscenter.az-ın xəbərinə görə, belə tədbirlərdən biri Qax rayon Uşaq Gənclər İdman Şahmat məktəbində baş tutub. Belə ki, Qax rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbi kollektivi olaraq "Xocalı faciəsinin 32-ci il dönümü"nə həsr olunmuş "Qisasımız alındı" adlı dəyirmi masa keçirilib. Əvvəlcə Xocalı soyqırımı qurbanlarının əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Dəyirmi masada o gecənin dəhşətləri barədə danışlıb, erməni silahlı birləşmələrinin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törətdikləri insanlıq əleyhinə cinayətlərdən bəhs edilib.
Dəyirmi masada çıxış edənlər Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində görülən işlər, onun uğurlu nəticələrindən də söz açıblar.
Anar Əliyev