Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xocalı soyqırımı dünyanın ayıbıdır

Xocalı soyqırımı dünyanın ayıbıdır


"Xocalı faciəsi tarixin ən amansız və qəddar soyqırımı idi. Erməni vəhşiləri rus cəlladları ilə birləşib Azərbaycan xalqına qarşı genosid həyata keçirmişdilər. Bu soyqırım izlərini indi Xocalı və digər ərazilər işğaldan azad edildikdən sonra daha əyani görürük. Vəhşiliklərin miqyası ilə tanış oluruq. Dünya birliyi bu soyqırımı görməməzlikdən gəlir. Amma olmayan "erməni soyqırımını" hər il qeyd edir".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov səsləndirib. O bildirib ki, Azərbaycan bu genosid əməli ilə dünyanı həmişə məlumatlandırır, nəticə isə yox səviyyəsindədir:

"Bu, dünyanın ayıbıdır! Dünya hər zaman belə olub. Öldürmək insan təbiətinin bir parçası olduğu üçün insanlar bir çox hallarda buna öyrənib, ölümlər adiləşib. Öldürülən insanlar ancaq öz yaxınları, soydaşları, dindaşları üçün vacib olub, acı verib. Digər dindən, irqdən olanlar üçün isə əhəmiyyətsiz olub. Dünya belə dünyadır və burda ədalət axtarmaq çox çətin məsələdir".

Politoloqun sözlərinə görə, Azərbaycan bu soyqırımı tam mənada dünyada tanıda bilmək üçün elə bir dövlət halına gəlməlidir ki, onun sözü hesaba alınsın, ona qiymət verilsin:

"Buna isə zaman lazımdır. İlk şərt isə Azərbaycanın bütövlüyü məsələsidir. Azərbaycan Bütöv olanda bütün dünyaya öz sözünü deyəcək".

Süleyman
Xəbəri paylaş