"Xocalı soyqırımı əsrin faciəsidir. Biz xalq olaraq bu faciəni yaşadıq və baş verənləri, erməni və rus millətçilərinin törətdiyi bu vəhşilikləri, bu qanlı faciəni bütün dünyaya hayqıraraq çatdırdıq".
Bu fikirləri Newscenter.az-a siyasi ekspert Çingiz Şahbazi Xocalı soyqırımının dünyaya çatdırılması istiqamətində aprdığımız mübarizə və ona olan qeyri-adekvat münasibətlərinin səbəblərindən danpışarkən səsləndirib. Onun sözlərinə gpörə, dünyanın böyük dövlətlərində ikili standartlar nəticəsində islamofob, türkofob, azərbaycanofob münasibətlərdən dolayı səsimizi duymamaqdan gələnlər var və məhz bu səbəbdən biz xalq olaraq bənzər faciələri, istər siyasi baxımdan olsun,i stərsə də insani keyfiyyətlər baxımından olsun daha sonralar da yaşamağa məruz qaldıq:
"Xocalı faciəsinə hələ də dünya ölkələrinin bir çoxunda lazımi qiymət verilmir və bunun nəticəsidir ki, dünyanın dörd tərəfində yeni faciələr baş verir. Məhz ikili standartlar çərçivəsində həyata keçirilən irqi və dini ayrıseçkilik siyasəti Xocalı soyqırımının timsalında artıq dünyanın hər yerində görülməkdədir".
Çingiz Şahbazi, "Xocalıya ədalət olmayınca, dünyada baş verən bu tipli hadisələrin miqyası daha da artacaqdır",-deyə bildirib.
Anar Əliyev