Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

102-ci hərbi baza Ermənistandan çıxarılsa, tək qalacağıq

102-ci hərbi baza Ermənistandan çıxarılsa, tək qalacağıq



"Bu gün bizimlə bir məsələyə görə danışırlar ki, bu da Ermənistan ərazisində yerləşən 102-ci hərbi bazadır. O hərbi baza çıxarılan kimi erməni milləti olmayacaq".

Newscenter.az news.am-a istinadən xəbər verir ki, bu fikirləri Ermənistanın keçmiş müdafiə naziri, general-mayor, “Ümumerməni cəbhəsi” hərəkatının lideri Arşak Karapetyan səsləndirib.

O bildirib ki, bu gün Ermənistan-Türkiyə sərhədi məhz Ermənistandakı 102 bazasında olan Rusiya hərbiçiləri tərəfindən qorunur:

"102-ci hərbi baza getsə, sərhədçilər qalmayacaq. Çünki sərhədçi operativ dəstəksiz qala bilməz. 102-ci hərbi baza getsə, sərhədçilər birinci olaraq Ermənistandan gedəcək, Nəticədə biz Türkiyəyə qarşı tək qalacağıq".

Mehman Mehdiyev

Xəbəri paylaş