Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ali Baş Komandan torpaqlarımızda erməni faşizmini birdəfəlik məhv etməyi bacardı

Ali Baş Komandan torpaqlarımızda erməni faşizmini birdəfəlik məhv etməyi bacardı


"Ermənistanın havadarı kimi hazırda Fransa aktivlik nümayiş etdirir və birincini silahlandırır. Rəsmi Parisin İrəvanın yanında görünüş formalaşdırması müxtəlif məqsədlərə hesablanmış siyasi gedişdir. Burada həm Azərbaycana, həm Türkiyəyə, həm də Rusiyaya qarşı yönəlmiş siyasi oyundan söhbət söhbət gedir".

Newscenter.az xəbər verir ki, bu fikirləri AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. O bildirib ki, Prezident İlham Əliyev BMT-dən sonra üzv sayına görə ikinci təşkilat hesab olunan Qoşulmama Hərəkatının zirvə görüşlərində dəfələrlə Fransanın neokolinialist siyasətini ifşa edib, onların Afrika qitəsinin müxtəlif hissələrində soqrımlar törətməsini bildirmişdir:

"Təşkilat üzvlərinin bir çoxunun adını qeyd etdiyimiz dövlətin imperialist siyasətinin qurbanı olmasını nəzərə alarsaq, onlara qarşı əsaslı mənfi fikirin formalaşması rəsmi Parisin qitə üzərində siyasi və iqtisadi dayaqlarına güclü zərbə kimi xarakterizə olunur. Həmçinin Rusiya və qardaş Türkiyə də Fransanın Afrikada mövcudluğunu zəiflətməyi bacarıb. Buna görə də yarıtmaz xarici siyasət həyata keçirən prezident Makron, Ermənistan kartından istifadə etməklə fərqli cəbhədə mübarizə aparmaq istəyindədir. Lakin onların İrəvanı silahlandırması, himayədarlıq etməsi iki ölkə arasında qüvvələr balansını dəyişmək potensialında deyil. Bu faktı xatırlatmaq lazımdır ki, 2020-ci ildə də, Ermənistana himayədarlıq edən güclər mövcud idi. Lakin Azərbaycan Respublikası xalq, ordu və Ali Baş Komandan birliyi sayəsində torpaqlarımızda erməni faşizmini birdəfəlik məhv etməyi bacardı".

Süleyman
Xəbəri paylaş