Keçən il oktyabrın 7-dən İsrailin Qəzzaya qarşı başladığı hərbi əməliyyatlar nəticəsində 161 BMT işçisi öldürülüb.
Newscenter.az xəbər verir ki, bu barədə məlumat Birləşmiş Millətlər Təşkilatının (BMT) hesabatında əksini tapıb.
BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin (OCHA) dərc etdiyi hesabatda Qəzzadakı vəziyyətlə bağlı məlumat verilib.
İsrailin hücumlarına diqqət çəkən hesabatda qeyd edilir ki, təkcə 7 oktyabr 2023-cü il ilə 12 fevral 2024-cü il tarixləri arasında Qəzzadakı səhiyyə obyektlərinə 378 hücum olub. Nəticədə 98 səhiyyə işçisi həyatını itirib
Məlumata görə, fevralın 24-dək Qəzzada UNRWA obyektlərinə sığınan ən azı 403 məcburi köçkün fələstinli həlak olub, 1385 nəfər isə yaralanıb.
Mehman Mehdiyev