Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan sülh müqaviləsi üçün yenə vaxt istəyir

Ermənistan sülh müqaviləsi üçün yenə vaxt istəyir


Ermənistan yenə öz ampluasına sadiq qalaraq Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün vaxt tələb edir.

Newscenter.az news.am-a istinadən bildirir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Silahsızlanma üzrə Konfransın yüksək səviyyəli hissəsində çıxışı zamanı bildirib.

Erməni nazir çıxışı zamanı ənənəvi pozuculuq fikirləri, sülh müqaviləsinə mane olan yanaşmaları ilə yadda qalıb. Ararat Mirzoyan deyib ki, İrəvan sülh müqaviləsinin imzalanması üçün konsensusa nail olmaq üçün əlavə vaxt tələb etməklə yanaşı, ikitərəfli silahlara nəzarət mexanizmi və təcavüz etməmək paktı imzalamağı da təklif edir.


Ermənistan XİN rəhbəri iddia edib ki, ölkəsi Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin tam, tam və səmərəli icrasını dəstəklədiyini bir daha təsdiqləyir.

Anar Əliyev
Xəbəri paylaş