“Ermənistan hazırkı situasiyada bütün imkanlarını sülh müqaviləsinin imzalanmasına əngəl olmağa yönəldib. İstər bu ölkənin baş naziri Nikol Paşinyanın ikibaşlı çıxışları, istərsə də xarici işlər naziri Ararat Mirzoyanın sülh prosesinə mane olan şərtləri onu deməyə əsas verir ki, İrəvan sülhə hazır deyil. Ümumiyyətlə, bu ölkə Azərbaycanla sülh müqaviləsi imzalamaq istəmir”.
Bu fikirləri Newscenter.az-a politoloq Elvin Babayev səsləndirib. O hesab edir ki, İrəvanı sülh prosesindən uzaqlaşdıran isə başda Fransa olmaqla Ermənistanın sərhədində yerləşdirilmiş Avropa İttifaqının mülki missiyasıdır:
“Sözügedən güclər Azərbaycan və Ermənistan liderlərinin Münxen görüşündən sonra yenidən hərəkətə keçiblər və başlıca məqsədləri iki ölkə arasında birbaşa təmaslara ciddi əngəl yaradıb şərti sərhəd boyunca təxribatlar yaratmaqdır”.
Anar Əliyev