Bu il Qazaxıstanın kəndlərində 556 tibb müəssisəsinin istifadəyə verilməsi nəzərdə tutulub.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, proses “Kənd səhiyyəsinin müasirləşdirilməsi” layihəsi çərçivəsində reallaşdırılacaq. Məsələ ilə bağlı danışan səhiyyə naziri Akmaral Alnazarova deyib ki, milli layihə çərçivəsində ümumilikdə 655 tibbi-sanitariya ilkin tibbi yardım müəssisəsinin tikintisi nəzərdə tutulub. Onların arasında ötən il 92 obyektin tikintisi başa çatdırılıb, 7 layihə isə gec təhvil verilib.
Bu məqsədlə təqdim edilən 239 layihə dövlət ekspertizasından müsbət rəy alıb, qalan 317 layihə isə ekspertizadan keçirilir.
Sona