Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İqtisadi İittifaqından (Aİİ) çıxmaq bizə dağıdıcı təsir göstərə bilər.
Newscenter.az news.am-a istinadən bildirir ki, bunu keçmiş müdafiə naziri, general-mayor, “Ümumerməni cəbhəsi” hərəkatının lideri Arşak Karapetyan deyib.
Sabiq nazir qeyd edib ki, Ermənistanın üzv olduğu yeganə ümumi təhlükəsizlik təşkilatı KTMT-dir:
"KTMT-nin nizamnaməsində “dondurulmuş üzvlük” statusu nəzərdə tutulmayıb, Bilmirəm bu termini işlətməyi kim məsləhət görüb, yoxsa bu, başqa bir məqamdan uydurulmuş ritorika sözüdür, ya da Paşinyanın bu barədə məlumatsızlığının nəticəsidir".
Anar Əliyev