Qazaxıstanın paytaxtı Astanada tıxacın aradan qaldırılması məqsədilə şəhərdə ictimai nəqliyyatın sayı artırılacaq.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bunu Astananın meri Jenis Kasımbek deyib. Hər gün paytaxt küçələrinə 400 mindən çox avtomobilin yola çıxdığını deyən mer, onların sayının getdikcə artdığını söyləyib:
"Paytaxtda tıxac problemini aradan qaldırmaq üçün ötən il 400 yeni avtobus alınıb. Nəticədə paytaxtda ictimai nəqliyyatın sayı 900-dən 1300-ə çatdırılıb".
Jenis Kasımbek, "Avtobusların sayı 40% artıb. Bu il əlavə olaraq 300 avtobus alınacaq. Ümumilikdə hədəfimiz 2-2500 avtobus olmalıdır",-deyə bildirib.
Mehman Mehdiyev