Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezidentin Xocalıda "Xocalı Soyqırımı Memorialın"-ın əsasını qoyması xalqımıza qürur və iftixar hissi yaşatdı

Prezidentin Xocalıda "Xocalı Soyqırımı Memorialın"-ın  əsasını qoyması xalqımıza qürur və iftixar hissi yaşatdı


"Azərbaycan tarixinin ən qanlı səhifələrindən biri hesab olunan Xocalı soyqırımının 32-ci ildönümündə cənab Prezident İlham Əliyevin işğaldan azad olunmuş Xocalı şəhərində faciə qurbanlarının xatirəsinə həsr olunmuş "Xocalı Soyqırımı Memorialın"-ın əsasını qoyması xalqımıza qürur və iftixar hissi yaşatdı. Heydər Əliyev fondu tərəfindən Xocalı-Əsgəran yolunun üzərində yaradılacaq memorial, bəşəriyyətə qarşı yönəlmiş dəhşətli qətliam haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədi daşıyır".

Newscenter.az xəbər verir ki, bu fikirləri AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. O bildirib ki, Xocalı soyqırımı, Ermənistanın dövlət səviyyəsində uzun illərdən bəri ölkəmizə qarşı həyata keçirdiyi etnik nifrət, irqi ayrı-seçkilik və sistematik zorakılıq siyasətinin tərkib hissəsi idi:

"Ötən əsrin sonlarında Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, işğal zamanı törədilmiş bütün hərbi və cinayət tərkibli əməllər insan hüquqları və beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması idi. Lakin mövzu Azərbaycan həqiqətləri olduğunda öz maraqları kontekstində istənilən qərarı qəbul edib tətbiqini həyata keçirən beynəlxalq təşkilatlar, onların aparıcı üzvləri susur, lal olur və faktları görməzdən gəlir. Məhz bu tip yanaşmanın nəticəsidir ki, Ermənistan kimi işğalçı dövlətlər cəzasızlıq mühitünə arxayın olaraq bu gündə təcavüzkar siyasətlərini bu gündə davam etdirirlər".

AVP rəsmisi deyi ki, təməl qoyma mərasimi zamanı yerli sakinlərlə görüşən ölkə rəhbəri bu kimi faktları əsas gətirərək Ermənistan və havadarları ifadəsini işlətməklə günümüzün reallığında regionda münaqişəli vəziyyətin davam etməsinə çalışan qüvvələrə ünvanladığı növbəti mesaj idi:

Süleyman
Xəbəri paylaş