Qırğızıstan avtomobil istehsalı sahəsində ciddi irəliləyə imza atır.
Newscenter.az "Sputnik Qırğızıstan"a istinadən bildirir ki, bunu ölkınin Nazirlər Kabinetinin sədri Akılbek Japarov deyib.
"Aqrodialoq - 2024” forumunda çıxışı zamanı Japarov deyib ki, , bu il Qırğızıstanda iki avtomobil zavodunun istifadəyə verilməsi planlaşdırılır:
"Avqustun 31-dək Çin investorları ilə elektromobil istehsalı üzrə birgə zavodun açılışı baş tutacaq. Eyni zamanda bu ilin apreldə isə Qırğızıstan-Özbəkistan avtomobil zavodunun açılması nəzərdə tutulur",-deyə Qırğızıstan Nazirlər Kabinetinin sədri vurğulayıb.
Natiq Orucov